Parlamentin qəbul etdiyi və ali məktəblərə qəbul imtahanında müsabiqədən keçə bilməyənlərin bir illik hazırlıq kursları vasitəsilə ali məktəblərə qəbul olunmasını nəzərdə tutan qanun maraqlı məqamı gündəmə gətirib.
Mynews.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hazırlıq kurslarına cəlb edilən orta məktəb məzunlarının hərbi xidmət məsələsinin necə tənzimlənəcəyi sual altında qalıb.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli hərbi xidmətin ali təhsil almağa mane olmayacağını deyir.
O bildirir ki, ali məktəblərə qəbulun nəticələrinin bəlli olması ilə hazırlıq kurslarının başlanma vaxtı elə tənzimlənəcək ki, hərbi xidmət məsələsinə görə heç kim problem yaşamayacaq.
İsa Həbibbəylinin fikrincə, hazırlıq kursları vasitəsilə ali məktəblərə daxil olmaq Azərbaycan gənclərinə universitetlərin qapılarını daha geniş açır. Bu isə daha çox sayda insanın ali təhsil almasına və cəmiyyətin savadlanmasına xidmət edəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub