Dondurma yeyib sərinləmək istədi, ancaq peşman oldu. Çünki dondurmanın içindən qaymaq yerinə toyuq sümüyü çıxıb
Xüsusi örtüklə ağzı bağlı olan dondurmanın içindən nəsə çıxacağını heç kəs gözləməzdi. Xüsusilə də bişmiş toyuğun bud sümüyünün çıxmasını.
Paytaxt sakini Rasim Mikayılovun həyat yoldaşı dondurmanın yarısını yedikdən sonra qəribə bir dad hiss edib. Dondurmanın içindəki bərk cismi ilk baxışdan daşlaşmış şəkər zənn etsə də, sonradan diqqətlə baxdıqda toyuğun bud sümüyü olduğunu görüb.
Hadisə göstərir ki, dondurma alarkən bir daha ehtiyatlı olmaq vacibdir. Toyuq sümüyü çıxan dondurmadan daha nəyin çıxa biləcəyini təsəvvür etmək çətin deyil.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinindən bildirdilər ki, vətəndaş qarşılaşdığı halla bağlı müraciət edərək hüquqlarını tələb edə bilər. Araşdırma nəticəsində həmin fakt təsdiqini taparsa, istehsalçı qanunlara uyğun olaraq cəzalandırılacaq. (xezerxeber)
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub