Qardaş ölkə Türkiyədə yaşamaq bir çoxlarımızın arzusudur. Bəs qardaş ölkədə yaşamaq, işləmək, təhsil almaq üçün nələr etməliyik? Bu ölkədə bizi hansı çətinliklər və təhlükələr gözləyir? Bütün bu suallara cavabı müsahibimiz, "Gadimovs Group” şirkətinin rəhbəri Urfan Qədimov verəcək:
- Urfan bəy, neçə ildir Türkiyədə yaşayırsınız?
2011-ci ildən Türkiyədə yaşayıram.
- Tələbə olaraq ilk dəfə gəldiyiniz Türkiyədə daha sonra yaşamaq qərarına gəldiniz. Bunun səbəbi nə idi?
Bu bir gerçəklikdir ki, Türkiyə güclü və gündən-günə güclənən bir ölkədir. İstər siyasi, istərsə də ticari baxımdan. Mənim kimi bir çox vətəndaşlarımız da bura tələbə olaraq gəlib. Onlardan bəziləri universitet həyatından sonra Azərbaycana geri dönüb, bəziləri isə Türkiyədə qalıb iş həyatında öz kariyeralarını qurmağa başlayıblar. Mən də onlar kimi burada qalıb iş dünyasında özümü sınaqdan keçirdim.
- Bir gənc olaraq işgüzar fəaliyyətlə məşğul olmağa başlamısınız. Biznesin hansı sferası sizi özünə çəkdi?
Burada – Türkiyədə olanda daha çox insanların şikayətləri ilə qarşılaşırdım. Onların şikayətləri bir-birinə oxşar idi. Aldanılanlar, dolandırılanların sayı günü-gündən artmaqdaydı. Bilirsiz ki, İstanbul böyük və qarışıq bir şəhərdir. Burada hansısa bir sənəd işini həll etmək üçün mütləq bu ölkənin hüquqlarını bilməlisən. Əks təqdirdə sənin qarşına bir dələduz çıxacaq və bütün pullarını mənimsəyəcək. Bax, bütün bu problemlər məni yeni bir xidmət sahəsinə yönəlməyə vadar etdi. Bir müddət sonra yeni bir şirkət yaratdıq. Türkiyəyə ayaq basan hər bir azərbaycanlının problemlərində yanında olduq. Onların sənədlərini hüquqi çərçivədə həll edib, qonaqlamaları üçün yerlər təşkil etdik. Bir sözlə, gənc şirkət olsaq da həmvətənlərimizin rəğbətini çox qısa zamanda qazana bildik.
- Bildiyimiz qədəri ilə "Gadimovs Group” şirkəti Türkiyədə yaşamaq istəyən azərbaycanlıların bütün hüquqi, sənəd, iş, təhsil problemlərində yanında olur və onlara köməklik göstərir. Şirkətin bu fəaliyyəti ilə bağlı oxucumlarımıza məlumat verməyinizi istərdim.
Bizim məqsədimiz az öncə qeyd etdiyimiz kimi, həmvətənlərimizin Türkiyəyə ayaq basdıqları andan etibarən yaşayacaqları bütün hüquqi çətinlikləri sıfıra endirmək, onların rahat səyahət etmələri, rahat iş qurmaları üçün tam zəmanətli iş şəraiti yaratmaqdır. Şirkətimiz Türkiyədə ilk dəfə oturma izni almaq istəyən həmvətənlərimizin sənədlərini toplayıb lazımi dövlət qurumuna göndəririk. Azərbaycan vətəndaşları oturum vaxtının uzadılması üçün oturum izninin bitməsinə 60 gün qalmasından etibarən müraciət etməlidirlər. Oturum izninin uzatma müraciəti oturum izni vaxtı dolmadan öncə edilməlidir. Biz məhz bütün bu prosseslərdə - Azərbaycan vətəndaşlarının ölkəyə girişindən başlayaraq onların yanında oluruq. Oturma izni prossesi və ondan sonrakı mərhələdə yaşanılacaq kirayə evlər, oxuyacağınız təhsil müəsisəsi, çalışacaq işə qədər sosial problemləriniz də "Gadimovs Group” şirkəti tərəfindən həll edilir. Bunun üçün hər bir vətəndaşımıza şirkətimiz tərəfindən bir danışman ayrılır. Bizim xidmətlərimizdən istifadə etmək istəyən şəxslər Türkiyəyə gəlmədən 7-15 gün içərisində şirkətimizə müraciət etməlidirlər. Biz onların gəlişinə kimi bütün lazımi işləri görüb, hazırlayırıq.
- Türkiyəyə gəlmək istəyən vətəndaşlarımıza hansı tövsiyyələriniz var?
Türkiyəyə yeni gələn və ya gəlmək istəyən vətəndaşlarımıza tövsiyyəm odur ki, gəlmədən öncə internetdə və ya ətraflarındakı şəxslərdən bura ilə bağlı düzgün araşdırma aparsınlar. Sadəcə düzgün araşdırıb, düzgün ünvanı tapmaq lazımdır. Tövsiyyəm hüquqi və sənəd işlərinizdə daha peşəkar, işi bilən adamlara müraciət etməyinizdir. Sizə çoxlu vədlər verilə bilər. Ancaq sonra peşiman olmamağınız üçün mütləq bu sahədə ixtisaslaşmış mütəxəssislərdən kömək almağınız vacibdir.