Bu gün Bakının Yasamal rayonu Hüseyn Cavid prospektində inşa edilən yeni piyada keçidinin açılış mərasimi olub.
Mynews.az xəbər verir ki, məlumata əsasən "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Saleh Məmmədovun iştirakı ilə açılan keçid sakinlərin istifadəsinə verilib.
Mərasimdə bildirilib ki, Hüseyn Cavid parkının qarşısında inşa edilən keçidin layihəsi "Azəravtoyol” ASC-nin "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanıb. Yeraltı keçid 2 giriş-çıxışlı, ümumi uzunluğu 57.1 metrdir. Bura keçidin 21.9 metr uzunluğunda olan pilləkən hissələri və 35.2 metr olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 metr, hündürlüyü isə 3.2 metrdir.
Keçiddə təhlükəsizlik kameraları quraşdırılıb və keçid ərazisinin 24 saat müşahidə edilməsi üçün xidməti otaq yaradılıb. Keçidin girişində 28 pilləkən 1 marş, çıxışında isə 27 pilləkən 1 marş var. Yeraltı keçidin gövdə uzunluğu 32.2 metrdir. Keçiddə əlillər üçün pandus da inşa edilib.
Qeyd edək ki, avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilən yeraltı keçidin inşasına 2016-cı ilin sentyabr ayında başlanılıb. Keçid "Azəravroyol" ASC-nin "6 saylı Yol İstismarı" MMC tərəfindən inşa edilib.//Trend
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub