Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan Şahvələdov Sultan Niyaz oğlu bu gün Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
1994-cü il təvəllüdlü şəhidimizin tərxis olunmasına 15 gün qalıbmış. Rusiyada ali təhsilini başa vurduqdan sonra əsgərliyə yollanan Şahvələdov Sultan hərbi xidməti müddətində şücaəti ilə seçilib. Bizdə olan məlumata görə, o, Murov dağda xidmət edərkən qar uçqununa düşən iki əsgər yoldaşını qəhrəmanlıqla xilas edib. Şəhidimiz bu şücaətinə görə hərbi hissə rəhbərliyi tərəfindən təltif də olunub.
Valideynləri hərbi xidməti başa vurduqdan sonra Sultana toy etmək niyyətində imiş. Bu məqsədlə evlərini təmir etdirib, oğul toyuna hazırlaşsalar da, övladlarının şad gününü görmək onlara qismət olmayıb. Qeyd edək ki, ailənin 1 qızı, iki oğlu vardı.
Allah rəhmət eləsin!


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub