Mingəçevir şəhəri, Nizami küçəsi 21 ünvanında xoşagəlməz hadisə baş verib.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, şəhər sakini Rəvan Əliyev avtomobili ilə adıçəkilən ərazidən keçərkən, kökündən qopan nəhəng ağac avtomobilin üzərinə aşıb.
Nəticədə sürücü deformasiyaya uğrayan avtomobilin içində qalıb. Ətrafdakılar dərhal köməksiz qalan 30 yaşlı şəhər sakinini yararsız vəziyyətdə olan avtomobildən çıxarıblar. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Baş verənlərə səbəb isə qəfil qopan külək olub.
Adıçəkilən ünvanda yaşayan sakinlərin sözlərinə görə, belə hadisələr ərazidə tez-tez təkrarlanır. Binaların yaxınlığında ömrünü başa vuran irigövdəli ağaclar çoxluq təşkil edir. Külək əsən zaman isə onlar tab gətirmədən aşaraq müəyyən problemlərə yol açırlar.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub