Mynews.az azvision.az-a istinadən bildirir ki, bu barədə Qusar Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, göstərdiyi şücaətə görə hərbi hissə rəhbərliyi S.Şahvələdovun mükafatlandırılmasına dair Müdafiə Nazirliyinə təqdimat göndərib.
"Təəssüf ki, medalı sağlığında ala bilmədi. Çünki, medal 26 iyun Azərbaycan Silahlı Qüvvəlləri günü ona təqdim ediləcəkdi. 23 yaşlı Sultan Şahvələdov Rusiyada ali təhsil alsa da, hərbi xidmətini vətəni Azərbaycanda keçməyi özünə borc bilib. Ailənin 3-cü övladı olub. Sultan vətənpərvər gənc idi. Vətənini canından çox sevirdi".
Qeyd edək ki, Şahvələdov Sultan Niyaz oğlu ötən gün Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olub.
Şəhd hərbçimiz Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. 1994-cü il təvəllüdlü, şəhid Sultan Şahvələdovundəfn mərasimi baş tutduqdan sonra tabutuna bükülən üçrəngli bayraq ailə üzvlərinə təqdim olunub.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub