Bu ilin yanvar-aprel aylarında qeydiyyat şöbələri tərəfindən 18 229 nikah və 4896 boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.
Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il cəmi 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2010-cu ildə Azərbaycanda 9061, 2011-ci ildə 10 747, 2012-ci ildə 11087, 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114 boşanma halı baş verib.
Milli.Az xəbər verir ki, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova modern.az-a bildirib ki, əksər boşanma halında olan şəxslər evlilik zamanı tələsik qərar verənlərdir:
"Bəzi gənclərimiz öhdəliklərini dərk etmədən ailə qurur və problemlərlə qarşılaşırlar. Qısa müddətdə tanış olub evlilik qərarı verən gənclərin bəzən bir-birini tanımağa fürsəti belə olmur. Əsasən də qızlarımız bilmir ki, ərə getdiyi şəxs zərərli vərdişlərə aludə olan biridir, yaxud təhlükəli xəstəlik daşıyıcısıdır. Bu məsələlər məlum olanda isə münasibətlər gərginləşir və nəticədə ailələr dağılır".
A.Veysəlova boşanmaya əsas səbəblərdən biri kimi qızların fiziki və psixoloji cəhətdən ailə qurmağa hazır olmamasını göstərib.
O, eyni zamanda qeyd edib ki, ailədaxili zorakılıq, cütlüklərin uşağının olmaması, narkomaniya, sərxoşluq, xəyanət kimi faktorlar boşanmalarda üstünlük təşkil edən amillərdir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub