Bir həftə əvvəl Sumqayıtda məktəblinin intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Mynews.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2-ci mikrorayonda yaşayan 16 yaşlı Əhmədov Ülvi Vüqar oğlu özünü yaşadığı evdə asmamışdan əvvəl sinif yoldaşları ilə əlaqə saxlayıb.
Sumqayıtdakı internat tipli gimnaziyanın fars-ingilis dili təmayülünün 11-ci sinif şagirdi olan və bu il orta təhsili başa vurmalı olan Ülvi sinif yoldaşlarını yaşadığı evə dəvət edib. Ülvi Əhmədov sinif yoldaşlarına deyib ki, onlara sürpriz hazırlayır.
Bildirilir ki, məhz bu söhbətdən sonra məktəbli oğlan məktub yazıb və daha sonra özünü asaraq həyatına son qoyub. O, məktubunda “Son Zəng olmayacaq” sözlərini qeyd edib.
16 yaşlı oğlanın hansı səbəbdən belə bir plan hazırlaması, sinif yoldaşlarını çağırması və həyatına son qoyması hələlik tam aydınlaşmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub