Rusiyaya gələn çilili jurnalisti azərbaycanlı taksi sürücüsü aldatıb.
Jurnalist Dieqo Saes Miranda Domodedovo hava limanından çıxıb taksi saxlayıb. Otelə çatanda sürücü gedişhaqqı kimi ondan 50 min rubl (1500 AZN) alır.
Çilili jurnalist aldandığını başa düşərək polisə müraciyət edib. Sürücünün azərbaycanlı olduğu məlum olub. O, jurnalistə pulu qaytararaq üzr istəyib.
"Mən onu aldatmaq istəməmişəm. Gediş haqqı 5 min olduğunu dedim. O, mənə çox verəndə elə başa düşdüm ki, bəxşiş verir”. Taksi sürücüsü deyib.
Qeyd edək ki, ötən gün Rusiyada Konfederasiya kuboku başlayıb. Turnirin açılış matçı Rusiya ilə Yeni Zenlandiya (2:0) arasında baş verib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub