Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Ramazan bayramı münasibətilə 1000-dən çox məhbusun əfv olunması haqqında fərman imzalaması Azərbaycanda da bu mövzunu gündəmə gətirib.
Azərbaycanda da daha öncəki illərdə Ramazan ayı ərəfəsində prezident tərəfindən əfv fərmanı imzalanıb. Bəs, bu il necə, əfv olacaqmı?
Mynews.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevmətbuata açıqlamasında əvf fərmanının gözlənilmədiyini açıqlayıb: “Əfv birbaşa cənab prezidentin səlahiyyətində olan məsələdir. Azərbaycanda hər zaman yubiley günlərində, milli bayramlarda, xalqımız üçün əhəmiyyətli olan günlərdə bir qayda olaraq əfv sərəncamları imzalanıb.
Əvvəlki illərə nəzər salsaq görərik ki, Ramazan bayramı münasibətilə də bu cür sərəncam olub. Ancaq bu, o zaman baş verib ki, əvvəlki aylarda əfv sərəncamı olmayıb. Bilirik ki, mart ayında cənab prezident tərəfindən əfv sərəncamı imzalanıb və 423 şəxs cəzadan azad edilib. Onların da 412 nəfəri azadlıqdan məhrumetmə cəzasından azad olanlar idi. Əfvlə bağlı komissiyanın bu günlərdə iclası olmayıb. Ona görə də düşünmürəm ki, yaxın günlərdə əfv sərəncamı ola bilər. Əlbəttə ki, bu, qeyd etdiyim kimi, cənab prezidentin konstitusion səlahiyyətidir”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub