Kriminal aləmdə Rövşən Lənkəranskinin qətli və Kürd Şakronun həbsindən sonra başlayacağı deyilən "böyük savaş"ın ilk əlamətləri artıq görünür.
"türk klanı" adlandırılan, əsasən R.Lənkəranskinin sağlığında onun dəstəyi ilə Türkiyədə və Dubayda fəaliyyət göstərən "oğru"lar Kürd Şakroya qarşı açıq mübarizəyə başlayıb.
İlk həmlə bu günlərdə həbsdən azad edilən Merab Cvanqveladzedən gəlib. Zərbə obyekti isə Kürd Şakronun ən zəif nöqtələrindən biri, qohumu Şalva Ozmanov olub. Kriminal aləmdə "Kuso" ləqəbi ilə tanınan Şalva Ozmanov Kürd Şakronun yaxın ətrafına daxil olub. O, "qanuni oğru" olmazdan əvvəl Moskvada anasına məxsus bilyard zalında işəyib. Hətta, çiynində zala gələnlərə xidmət etmək üçün xüsusi çanta ilə gəzib. İndi isə "türk klanı" ona "oğru" statusu almadan öncəki zamanlarını xatırlatmaq niyyətindədir.
Hazırda Şalva Ozmanov Yunanıstanda yaşayır. Onun "türk klanı"nın savaş mesajına münasibətinin necə olacağı hələlik məlum deyil.


cebhe info
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub