Ramazan ayının sonuna az vaxt qalıb.
Mynews.az xəbər verir ki, Ramazan ayına xas ibadətlərdən biri də islam dinində vacib sayılan fitrə sədəqəsidir. Ramazan Bayramı namazına qədər verilməli olan fitrə kasıbların bayram gününü hamı kimi keçirməsinə xidmət edir.
Fitrə məhz özünün və ailəsinin xərclərini təmin edə bilməyən və bunu edəcək kimsəsi olmayan şəxslərə çatdırılmalıdır. Fitrəni verən zənginlər, alan isə kasıblardır.
Fitrə Peyğəmbərimizin dövründə, əsasən, buğda, arpa, quru üzüm və xurmadan verilirdi. Tarixən bu şəkildə verilən fitrə sədəqəsi müasir dövrdə pulla əvəzlənə bilər. Bu pulun miqdarı isə bir insanı bir gün ərzində doyuracaq qədər olmalıdır. Ailə başçısı ailə üzvlərinin sayına uyğun olaraq müəyyən olunmuş miqdarda fitrə çıxarmalıdır.
İlahiyyatçıların sözlərinə görə, fitrə mütləq Bayram namazından əvvəl verilməlidir. Məqsəd isə odur ki, fitrəni alan şəxslərin də evlərində bayram süfrəsi açılsın. İlahiyyatçılar bildirirlər ki, borc alıb fitrə zəkatı vermək düzgün deyil.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub