Dünən özünü Bakı metrosunun "Elmlər Akademiyası" stansiyasında qatarın altına ataraq intihar edən 83 yaşlı Səyyad Xəlilovla bağlı bəzi məqamlar aydınlaşıb.
Ilkin araşdırmalardan sonra ahıl kişinin Yasamal rayonu ərazisində yaşadığı məlum olub.
Bildirilir ki, 7 il əvvəl S.Xəlilovun həyat yoldaşı vəfat edəndən sonra o, özünə qapanıb. Oğlunun himayəsi altında olsa da, o, tək yaşayırdı.
Övladı S.Xəlilov üçün xüsusi baxıcı da tutubmuş və həmin qadın ahıl kişinin məişət qayğılarına və onun evdən uzaqlaşmamasına nəzarət edirdi.
Belə ki, son vaxtlar səhhətində problem yaranan S.Xəlilovun evdən kənara çıxmaması ilə bağlı oğlu baxıcıya təlimat veribmiş. Lakin dünən, yəni bazar günü baxıcı qadın işlərini tez yekunlaşdıraraq evinə qayıdıb. Nəzarətsiz qalan 83 yaşlı kişi bundan sonra intihar məqsədi ilə metroya gedib və saat 12:33-də özünü qatarın altına atıb.
Qeyd edək ki, hadisə yerinə gələn həkim briqadası ilkin müayinə nəticəsində S.Xəlilovun bədənində sınığın olmadığını bildirsə də, sonradan məlum olub ki, qatar onun ayağının üstündən keçib.
Lent.az
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub