Bu il Azərbaycanda keçiriləcək ""Bakı 2017" İslam Həmrəyliyi Oyunları"nın səfiri bəlli olub.
Mynews.az qafqazinfo-ya istinadən xəbər verir ki, şeyx Səid Əl Məktum 4-cü İslam Həmrəylik Oyunlarının fəxri səfiri seçilib. Bu barədə şeyxin azərbaycanlı xanımı, tanınmış bədii gimnast, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı öz facebook hesabında yazıb.
O, qeyd edib ki, şeyx bu proqrama töhvə verəcəyi üçün xoşbəxtdi və sözügedən tədbirlərin gənclərin gələcək fəaliyyətində vacib mərhələ olacağına inanır.
Qeyd edək ki, Zeynəb Cavadlı Səid Əl-Məktumun sayca üçüncü həyat yoldaşıdır. Onun ilk arvadı şeyxə Suhailadır. Şeyx ikinci arvadı, əslən azərbaycanlı olan Əliyeva Natalya Müslüm qızı ilə Minskdə keçirilən yarışlar zamanı restoranlardan birində tanış olub. Bir zamanlar ofisiant kimi çalışan Natalya şeyxlə evlilikdən sonra adın dəyişərək Ayşə edib və İslam dinini qəbul edib. Səidin üçüncü arvadı isə Zeynəbdir. Şeyxin bu üç evlilikdən 9 övladı var. Hazırda Səid Əl Məktumun bütün arvadlarının ailələri onlarla birlikdə Dubayda ayrı-ayrı imarətlərdə yaşayır.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub