Samux rayon sakini, 23 yaşlı İsbəndiyar Quliyev bir neçə il əvvəl cəbhədə baş verən döyüşdə iştirak edərək medal alsa da, 2 ilə yaxındır ki, iş tapa bilmir.
Mynews.az xəbər verir ki, Qafqazinfo-ya müraciət edən rayonun Qarabağlar kənd sakini İ.Quliyev deyib ki, 2014-cü il avqustun 1-dən 2-nə keçən gecəki döyüşlərdə iştirak edib: “Qumbaraatan və avtomatla döyüşmüşəm, düşmən əsgərlərini məhv etmişəm. Həm də yaralı əsgərlərimizi və şəhidlərimizi döyüş zonasından çıxarmışam. Buna görə də “Hərbi Xidmətdə Fərqlənməyə görə 3-cü Dərəcəli” medal almışam. 2015-ci ilin yanvar ayında ordudan tərxis olunmuşam, o vaxtdan bəri işsizəm. Döyüşlərdə qumbara atdığım üçün sinir və eşitmə sistemim zədələnmişdi.
Hərbi xidmətdən gələndən sonra bir neçə ay müalicə olundum. Hazırda valideynlərimlə birgə yaşayıram. Atam ürəyindən müalicə olunduğu üçün işləyə bilmir. Mən isə fəhləlik edib günə 7-8 manat qazanıram. Bu məvaciblə isə ailəmi dolandıra bilmirəm.
İş üçün Samux rayon İcra Hakimiyyətinə müraciət etdim. Məni Məşğulluq Xidmətinə göndərdilər. Orada da mənə aylıq 135 manat maaşla dağda tarla sulamaq işi təklif edildi. Daxili İşlər Nazirliyinə müraciət etdim, boyum 174 santimetr olduğu üçün götürmədilər. Hara müraciət edirəmsə, iş tapa bilmirəm”.
İ.Quliyev ali təhsili olmadığı üçün iş tapa bilmədiyini, İcra Hakimiyyətində isə ondan diplom tələb edildiyini deyib.
1
1 yaşlı körpəsini zirzəmiyə atan ana saxlanıldı
352 dəfə oxunub
2
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
345 dəfə oxunub
3
Berenin Saatın çox danışılan filmi yayımdan qaldırıldı
333 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
317 dəfə oxunub
5
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
317 dəfə oxunub