“Eurovision 2011” qalibi Nigar Camalla Dövlət Yol Polisi İdarəsi arasında yaşanan gərginlik sona çatıb.
Mynews.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, bunu müğənninin özü bildirib.
Nigar Camal idarədən ona zəng gəldiyini, problemin aradan qalxdığını bildirib: “Bu söhbətlərlə bağlı çox danışmaq istəmirəm. Çox məlumatlar çıxdı. İndi mən bunu yenidən şişirtməyə, dilimə gətirməyə ehtiyac duymuram. Artıq polislə danışmışıq, məsələ həll olundu. Mövzu ilə bağlı heç bir quruma şikayət etmək fikrində deyiləm”.
Qeyd edək ki, ötən gün sənətçi "Axır zamanlar çox qudurublar” deyərək Dövlət Yol Polisi əməkdaşlarını sərt tənqid etmişdi.
İdarənin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov isə açıqlamasında mövzu ilə bağlı araşdırma aparıldığını bildirmişdi.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub