Yol nəqliyyat hadisəsi törədən sürücünün avtomobilindən narkotik maddə aşkar edilib.
Mynews.az bildirir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.
Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən paytaxt sakini əvvəllər məhkum olunmuş Kamran Əmirxanov Buzovna qəsəbəsində idarə etdiyi avtomobili maneəyə vurduğu üçün saxlanılıb.
Sürücünün özünü şübhəli davranışları yol polislərinin diqqətindən yayınmayıb. Bu səbəbdən Kamran Əmirxanov idarə etdiyi avtomobillə birlikdə idarəyə gətirilib. Onun avtomobilinə baxış zamanı salonunda gizlədilmiş 400 qram qurudulmuş marixuana aşkar edilib. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və avtobilində gizlətdiyini etiraf edib.
Xəzər polisi Bakı şəhər sakini Həmid Əliyevi də narkotik alverində şübhəli kimi qismində saxlayıb. Onun əlindəki sellofan torbadan 720 qram qurudulmuş marixuana aşkar edilib. İstintaq zamanı məlum olub ki, Həmid Əliyev marixunanı yaş halda əldə edib və bir neçə gün saxlayıb qurudandan sonra yaşadığı Binə qəsəbəsinə aparan zaman polislər tərəfindən saxlanılıb.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş Kamran Əmirxanov Buzovna qəsəbəsində idarə etdiyi avtomobili maneəyə vurduğu üçün saxlanılıb.
Sürücünün özünü şübhəli davranışları yol polislərinin diqqətindən yayınmayıb. Bu səbəbdən K.Əmirxanov idarə etdiyi avtomobillə birlikdə idarəyə gətirilib. Onun avtomobilinə baxış zamanı avtomobilin salonunda gizlədilmiş 400 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və avtobilində gizlətdiyini etiraf edib.
Xəzər RPİ əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Həmid Əliyev şübhəli şəxs qismində saxlanılıb.
Onun əlindəki sellofan torbaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 720 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
İstintaq zamanı məlum olub ki, H.Əliyev marixunanı yaş halda əldə edib və bir neçə gün saxlayıb qurudandan sonra yaşadığı Binə qəsəbəsinə aparan zaman polislər tərəfindən saxlanılıb.
Həmid Əliyev (saxlanılan şəxs) : "Düşdüm həyətə, çıxartdım atdım ki, qalsın qurusun. Quruyandan sonra götürüb "klyok"a yığdım. Evə getmək istəyən zaman 3 polis əməkdaşı yaxınlaşdı. Aparırdım ki, özüm üçün çəkim yavaş-yavaş".
Qeyd edilən faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub