Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsi "Formula 1"Azərbaycan Qran-Prisi ilə əlaqədar sürücülərə müraciət edib.
Bu barədə Metbuat.az-a açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, Bakı halqası deyilən dövrə Azadlıq meydanından başlanır:
“Puşkin küçəsindən keçərək Xəqani küçəsi ilə hərəkət Bül-bül prospektinə kimi davam etdirilir. Bülbül prospekti ilə Zərifə Əliyeva küçəsindən, həmçinin Rəsul Rza və Neftçilər prospektindən keçərək Əziz Əliyev küçəsinə çıxılır. Əziz Əliyev küçəsi ilə hərəkətin əksi istiqaməti ilə hərəkət edərək Qoşa Qala, Gənclər Meydanı və həmin ərazidən İstiqlaliyyət, Niyazi küçəsi, yenidən Azneft dairəsi, Neftçilər prospekti ilə dövrə vurulur. Bu marşurtla kəsişən və ya paralel küçələrdəki yollar üzrə avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq, istiqamət dəyişdirlir.
Eyni zamanda, ətrafda sıxlığın, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün bəzi ərzilərdə müvəqqəti olaraq hərəkətə dəyişiklik edilir. Məsələn, Səməd Vurğun və Füzuli küçəsinin kəsişməsindən Üzeyir Hazcıbəyov küçəsinin kəsişməsinədək yol birtərəfli olduğu halda, bu müddət ərzində ikitərəfli nəzərdə tutulub. Həmçinin, Əhməd Cavad küçəsi istiqamətində avtomobillərin hərəkəti nəzərdə tutulub. Bu, "İçərişəhər" stansiyasl və Mirzə Fətəli Axundov adına parkın ətrafında olan bəzi küçələrdə də tədbiq edilir. Bu hərəkət istiqamətinin dəyişməsi insanları çaşdırmasın. Çünki yol boyu qoyulan əməkdaşlarımız nizamlayıcı qismində istənilən istiqamətdə hərəkəti təmin edəcək”.
Cənubdan paytaxta daxil olmaq istəyən avtomobil sürücülərinin nəzərinə!
Vaqif Əsədov əlavə edib ki, cənubdan yaxınlaşmaqda olan avtomobil sürücüləri Bakı-Salyanyolunun 14-cü kilometrliyindən Dağüstü yol və Yasamal istiqamətində hərəkət edə bilərlər:
“Həmçinin, Bakı Üzgüçülük Mərkəzinin yanından Bayıl qəsəbəsinə, yaxud 8-ci sahə dairəsindən dağüstü avtomobil yolu ilə Badamdar qəsəbəsi istiqamətinə getmək mümkündür. Eyni zamanda, Bayraq Meydanı, yaxud "Dalğa Plaza"nın yanından Bayıl qəsəbəsi, Mikayıl Hüseynov küçəsi ilə hərəkət nəzərdə tutulub.
Avtomobil sürücülərindən xahiş edirik ki, ayın 26-27-də bu yolların bağlanmasını nəzərə alaraq, qeyd edilən istiqamətlər üzrə mümkün qədər şəxsi avtomobillərdən az istifadə etsinlər.