Şifahi razılaşma əsasında avtomobilini kreditlə satan şəxs hələ də pulunu ala bilmir. Bununla kifayətənməyən alıcı isə avtomobili başqa birinə sataraq aradan çıxıb. Üstəlik ilk sahibini də taparaq fırıldağa da cəhd edib, avtomobili öz adına keçirmək istəyib. Ona avtomobili satan buna mane ola bilsə də o, nə pulu ödəyir nə də maşını geri qaytarır.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, aralarındakı şifahi razılaşma əsasında avtomobil satan şəxs hələ də pulunu ala bilmir. Alan adamın pulunu ödəməsi bir kənara avtomobili başqa birinə saxta sənəd əsasında satması problemi daha da qəlizləşdirib.
Bu hadisə Seymur Cəfərovun başına gəlib. O, "Opel Vektra" markalı avtomobilini Zabil Əhmədov adlı şəxsə arenda üsulu ilə satıb. Bunun üçün ona yalnız sürmək üçün etibarnamə verib. Ancaq aylar keçsə də Zabil Əhmədov ona olan borcunu ödəmir.
Borcunu ödəməyən Zabil Əhmədov avtomobili satmaq üçün ilk sahibini taparaq ondan mülki etibarnamə alıb. Sonra isə bu avtomobili başqa bir şəxsə satıb.
Hazırda avtomobilin bütün hüquqları zərərçəkən Seymur Cəfərovdadır. Ancaq onu nə geri ala, nə də pulu ala bilir. Ancaq başına gələnlərlə bağlı Yol Polisinə müraciət edib və həmin avtomobilə həbs qoyulub.
Şikayətçini narahat edən digər məqam həmin avtomobillə hansısa qayda pozuntusu törətdildikdə kimin məsuliyyət daşıyacağıdır. Hüquqşunaslar bildirirlər ki, belə vəziyyətdə sükan arxasında olan sürücü məsuliyyət daşıyır. Əgər hər hansısa qayda pozuntusu ilə bağlı cərimə Seymur Cəfərovun ünvanına gələrsə, vəsatət qaldırıb bunu ləğv etdirə bilər.
Məsələ ilə bağlı Zabil Əhmədovla əlaqə saxlasaq da telefonu götürən olmadı.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub