Moskvada azərbaycanlı iş adamı Hikmət Salayevi diri-diri basdıran üç şəxs saxlanılıb. Daha iki şübhəli şəxs beynəlxalq axtarışa verilib, bir nəfər isə Dağıstanda gizlənir.
Mynews.az Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə məlumat iyunun 2-də Rusiya Daxili İşlər Nazirliyinin rəsmi saytında yerləşdirilib.
“21 aprel 2017-ci ildə cinayətkarlar Azərbaycan vətəndaşını silahla hədələyərək avtomobilə otuzdurublar və Moskva vilayətində yerləşən qəbirstanlığa aparıblar. Onlar Hikmət Salayevdən böyük məbləğdə pul tələb ediblər ”, - qurumun rəsmi nümayəndəsi İrina Volk deyib.
İş adamı bu pulu ödəməkdən imtina etdikdən sonra onlar H.Salayevi diri-diri basdırıblar və yanında yalnız mobil telefon qoyublar. Hikmət Salayev kiçik qardaşı İsmayıla zəng vurub. İsmayıl quldurlar üçün 1,2 milyon rubl pul gətirib və öz beşinci seriyadan olan BMW avtomobilini verib. Bundan sonra cinayətkarlar biznesmenin yerini göstəriblər.
Zərərçəkən qabırğa sınıqları zədələri ilə xəstəxanaya çatdırılıb.
İstintaq zamanı müəyyən edilib ki, cinayətin sifarişçisi “Lotu Qulu” ləqəbli azərbaycanlı kriminal avtoritet olub. Hazırda o, Azərbaycanda həbsxanada cəzasını çəkir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub