Azərbaycan Prezidenti İlham Əliyev iyunun 21-də Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının açılışında iştirak edib.
Mynews.az xəbər verir ki, dövlət başçısı əvvəlcə Nərimanov Rayon Məhkəməsinin köhnə binasının, eləcə də, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu” layihəsi çərçivəsində hazırlanan müasir məhkəmə binalarının və komplekslərinin layihələrini əks etdirən stendlərə baxıb.
Prezident İlham Əliyev Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binasının rəmzi açılışını bildirən lenti kəsib.
Ədliyyə naziri Fikrət Məmmədov binada yaradılan şərait barədə Azərbaycan Prezidentinə məlumat verib.
1
İlham Əliyev 85 milyon vəsait ayırdı - SƏRƏNCAM
836 dəfə oxunub
2
Keçmiş icra başçısı vəfat etdi
819 dəfə oxunub
3
Cəlilabadda imtahandan qayıdan şagirdlər QƏZAYA DÜŞDÜLƏR
807 dəfə oxunub
4
Dünənki imtahanın nəticələri bu vaxt açıqlanacaq
805 dəfə oxunub
5
Əməkdar artisti Əli Əliyev vəfat edib
804 dəfə oxunub