Şortik geyinən gəncin universitetə buraxılmaması sosial mediada ciddi müzakirələrə səbəb olub.
Belə ki, Azərbaycan Universitetinin İKT fakültəsində təhsil alan Əli Zeynallı adlı tələbənin verdiyi məlumata görə, İKT fakültəsində oxuyanları təhsil müəssisəsinə dəvət edib. Tələbələr universitetə daxil olmaq istəyəndə, şort geyinən tələbələri mühafizə əməkdaşları içəri buraxmayıb. Mühafizə əməkdaşları bildiriblər ki, bununla bağlı tapşırıq verilib.
Məsələ ilə bağlı BiG.AZ-a danışan universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəsisi Lalə Tofiqqızı bununla bağlı universitet rəhbərliyi tərəfindən heç bir tapşırığın verilmədiyini bildirib:
“Bu məsələ ilə bağlı universitet tərəfindən heç bir tapşırıq verilməyib. Tələbələrimiz şortiklə universitetə gəlirlər, heç bir problem yaşanmır. Bu hadisə isə mühafizəçi ilə yaşanıb. Mühafizəçi tövsiyyə xarakterli olaraq onun geyiminə münasibət bildirib. Məsələ universitet rəhbərliyinin diqqətindədir. Mütləq şəkildə araşdırılacaq. Hansı tədbirlər lazımdırsa görüləcək. Sabah Şamaxıda keçiriləcək beynəlxalq miqyaslı tədbirə hazırlaşdığımız üçün bütün işçilərin başı qarışıqdır. Amma buna baxmayaraq bu məsələ araşdırılacaq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub