Bir vaxtlar azərbaycanlı oliqarx Hafiz Məmmədovun pulunu balta da kəsməzdi.
Geniş imkanlarına görə az qala hər gün medianın gündəmini zəbt edən “Hafka” kimi tanınan iş adamı, indi tamamilə sakit həyat tərzi sürür.

“Bakı” klubunun prezidentini “Gənclik Mall”da ikən Yenicag.az-ın əməkdaşının obyektivinə tuş gəlib. Bu zaman Məmmədovun cəmi bir şəxsi mühafizəçisi ilə gəzməsi diqqət çəkib.

Görünür, Hafiz bəyin biznesinin çökdürülməsi və müflis olması onun geniş imkanlarını dar çərçivəyə salıb.

Sizə təqdim etdiyimiz video isə illər əvvəl çəkilib. Oliqarx ən balaca oğlu Məcidlə rəqs edərkən yəqin ki, illər sonra müflis olacağını heç ağlına belə gətirməzdi.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub