İyun ayının sonunadək Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək pensiyaları haqqında” qanun layihəsi çərçivəsində hazırlanmış iki sənədi Prezident Administrasiyasına təqdim edəcək.
Mynews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, söhbət sosial sığorta ehtiyatlarının istifadəsi qaydalarından və xüsusi hesaba əlavə vəsaitlərin yerləşdirilməsi qaydalarından gedir.
Nazir deyib:
"Əmək pensiyaları haqqında" qanuna dəyişikliklərə əsasən, hər bir vətəndaşı üçün fərdi hesablar açılır və hər kəs təqaüdə çıxana qədər bu hesablara bank vasitəsilə vəsait yerləşdirə və bu yolla da öz sosial sığorta kapitalını artıra bilər. İkinci sənəd isə fərdi hesaba vəsaitlərin necə yerləşdirilməsi barədə qaydalardır”./trend/
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub