Xeyli müddətdir vəzifədən gedəcəyi bildirilən Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov rəhbərlik etdiyi qurumda "təmizlik işləri"nə başlayıb.
Mynews.az "Ölkə.Az"-a istinadən xəbər verir ki, son bir həftədə Şükürov idarənin bir neçə məsul əməkdaşını işdən uzaqlaşdırılıb. Qeyd edilir ki, yaxın günlərdə daha bir neçə əməkdaş yola salınacaq. Mənbə bildirir ki, rəis artıq işdəki yaxın çevrəsinə güvənmir və onları uzaqlaşdırmaqda qərarlıdır.
Xatırladaq ki, SOCAR prezidenti Rövnəq Abdullayevlə yaxın olduğu deyilən idarə rəisi bir neçə ay öncə qızına etdiyi 400 minlik toyla gündəmə gəlmişdi.
Əməkdaşımız məsələylə bağlı Qüdrət Şükürovun özüylə əlaqə saxlayıb. İdarə rəisi xəbəri nə təsdiq, nə də təkzib edib: "Siz nə danışırsız e".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub