31 yaşlı soydaşımız Ayaz Nizami oğlu Məmmədov Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin müşaviri təyin olunub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin Kvemo Kartli bölgəsinin Marneuli, Bolnisi, Dmanisi, Zalqa və Tetritskaro rayonlarının Vergi Müfəttişliyində baş zabit vəzifəsində işləyən A. Məmmədov Kvemo Kartli üzrə dövlət müşaviri vəzifəsində çalışacaq.
Ayaz Məmmədov İlya Çavçavadze adına Dövlət Universitetinin hüquq fakültəsini, həmçinin Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbini bitirib. Evlidir. Bir oğlu var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub