"Azərişıq" ASC bu gün Bakının bəzi ərazilərində elektrik enerjisi təchizatının kəsilməsinə aydınlıq gətirib.
Mynews.az baku.ws-ə istinadən məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev report-a bildirib ki, işıqların kəsilməsi müvəqqəti olub.
"Təchizatın kəsilməsi qış rejimindən yay rejiminə keçməyimizlə bağlıdır. Bundan başqa, bəzi kabellərdə zədələnmə olmuşdu. Laboratoriyanın onların yerini müəyyən etməsi də müəyyən qədər vaxt apardı, buna görə də, elektrik enerjisinin verilişində fasilə yarandı. Hazırda vəziyyət normallaşıb, paytaxt problemsiz olaraq elektrik enerjisi ilə təmin olunur", - deyə o, qeyd edib.
Qeyd edək ki, bu gün paytaxtın Səbail, Nəsimi və Yasamal rayonlarında elektrik enerjisi təchizatında fasilə yaranıb. Hətta bəzi işıqforlar da işləməyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub