Məşhur ingilis “Formula 1” pilotu, 90-cı illərin ən nüfuzlu yarışçılarından olan və 1996-cı ildə Dünya çempionu adını qazanan Deymon Hill Bakıda keçirilən “Formula-1” yarışları günlərində nasaz “Jiquli” ilə qarşılaşıb və onu təmir etmək istəyib.
Mynews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Deymon Hill “Sky Sports F1”dan olan həmkarı Ted Kravitslə birlikdə yarış günlərinin birində paytaxtın mərkəzi küçələri ilə gecə gəzintisi zamanı nasaz “Jiquli”ni təmir etməyə çalışan sürücünü görüb .
“Bu kasıb oğlan qız tanışını şəhərdə gecə gəzintisinə çıxarmışdı, ancaq onun “Lada”sı xarab olmuşdu. Bax belə nasazlıq. Mən ona köməyimi təklif etdim, ancaq qorxuram ki, qadını qarşısında onun kişiliyini təhqir elədim. Ona görə də nə qədər ki, sürücü əlindəki qayka açarı ilə hücum etməyib, mən bu məşğuliyyəti bir kənara qoyub kütlənin arasında itməyə tələsdim”- Hill “Drivertribe”də yazır.
Pilot həmçinin “Jiquli”nin və onu təmir etməyə çalışan sürücünün fotosunu da paylaşıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub