Təhsil Nazirliyi tabeliyində olan universitetlərdə çalışan professor-müəllim heyəti tərəfindən alınan patentlərin sayı digər ölkələrlə müqayisədə aşağıdır.
Mynews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə “Universitet və elmi tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda keçirilən beynəlxalq seminarda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hər il Təhsil Nazirliyinin tabeliyində olan universitetlərdə çalışan professor-müəllim heyəti tərəfindən 600-dən artıq dərslik və dərs vəsaiti nəşr edilir, yeni məhsullar və ixtiralar əldə edilir.
Nazir qeyd edib ki, Təhsil Nazirliyinin tabeliyində olan universitetlərdə çalışan professor-müəllim heyəti tərəfindən 2014-cü ildə 29 patent, 2015-ci ildə 33, 2016-cı ildə isə 54 patent alınıb: “Bir tərəfdən, 3 il ərzində alınan patentlərin sayının 2 dəfəyə yaxın artması müəyyən bir nailiyyətdir. Lakin digər tərəfdən, bu rəqəm aşağıdır. Hesab edirəm ki, biz bunu öz fəaliyyətimizdə prioritetləşdirməliyik. Bu göstərici digər ölkələrlə müqayisədə də aşağıdır. Bunun əsas səbəblərindən biri kimi ixtiraların hamısının patentləşdirilməsi üçün təqdim olunmamasını göstərmək olar”.
1
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1209 dəfə oxunub
2
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
1048 dəfə oxunub
3
Azərbaycanlı müəllimə bu geyiminə görə cəzalandırıldı - Şagirlərin qarşısına uyğunsuz paltarda çıxıb
1022 dəfə oxunub
4
“Övladlarım var-dövlətimi əlimdən alıb”
1006 dəfə oxunub
5
Magistraturaya sənəd qəbulu başa çatır
982 dəfə oxunub