Alimin işinə görə əlavə ödənişlərin verilməsi lazımdır.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, institutlarda, universitetlərdə alimin hansısa təklifindən çıxış gəlir əldə olunursa, onun bir hissəsi alimə və AMEA-nın elmi tədqiqat insututlarına verilməlidir: “Dövlət tərəfindən müəyyənləşdirilən ştat vahidi var. Olur ki, kimsə işləyir, digəri isə onun hesabına yaşayır. Hər bir alimin işinə görə əlavə ödənişlər verilməlidir. Hesab edirəm ki, Azərbaycanın gələcək iqtisadiyyatının elm əsasında qurulması istiqamətində nə qədər tez addım atılsa, o qədər çox qazanc əldə oluna bilər”.
S.Novruzov bu gün bəzi tələbələrin elm ardınca deyil, diplom ardınca getdiyini də söyləyib: “Fikirləşirlər ki, diplom alıb gedim. Lakin düşünmürlər ki, savadlı olmaq lazımdır”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub