Bəzi miqrasiya və viza dəstəyi şirkətləri sosial şəbəkələr vasitəsi ilə insanları aldadır.
Mynews.az bildirir ki, Facebook sosail şəbəkəsində fəaliyyət göstərən ''Kanada və Avropaya miqrasiya və viza dəstəyi'' adlı səhifədə qeyd edilib ki, ''2 il əvvəl Hollandiyaya miqrasiya etdiyimiz Emin Məhərrəmov artıq Hollandiyada öz biznesini qurub''.
Səhifəni işlədənlər güya restoranın açılışından olan bir şəkilidə paylaşıb.
Həmin şəkil araşdırıldıqda isə məlum olur ki, bu şəkil Özcan Kara adlı bir türk vətəndaşının Hollandiya yox, Almaniyada, Frankfurtda fəaliyyətə başlayan "Mola Frankfurt" adlı kafesinin açılışda çəkilib və internetdə paylaşılıb. Yəni Hollandiyada şəxsi biznes açmış azərbaycanlı immiqrant Emin Məhərrəmov adlı şəxs yoxdur.
Ekspertlər də qeyd edir ki, müxtəlif vədlərlə insanlar aldadılır, müştər isə yalnız söz verilən ölkəyə getdikdən sonra aldadıldığını başa düşür. Belə hallara qarşı vətəndaşlar diqqətli olmalıdır.
Vətəndaşlar müraciət etdikləri şirkətlərin hansı sənədlər əsasında xidmət göstərməsinədə diqqət etməlidir. Çünki uğursuz miqrasiya onu edən şəxs üçün böyük problemlər aça hətta həyatı bahasınada başa gələ bilər.
Aldadılan müştərilər isə bu barədə hüquq mühafizə orqanlarına və məhəkəmələrə müraciət edə bilərlər. /xezerxeber.az
1
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1209 dəfə oxunub
2
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
1048 dəfə oxunub
3
Azərbaycanlı müəllimə bu geyiminə görə cəzalandırıldı - Şagirlərin qarşısına uyğunsuz paltarda çıxıb
1022 dəfə oxunub
4
“Övladlarım var-dövlətimi əlimdən alıb”
1006 dəfə oxunub
5
Magistraturaya sənəd qəbulu başa çatır
982 dəfə oxunub