Heydər Əliyev Hava Limanından Bakıya giriş edirsiniz. Pasport nəzarətində “Digər ölkə” vətəndaşları üçün ayrılan hissədə gözləyərkən bir səlahiyyətli əlinizdəki pasportu görərək sizi xəbərdar edir; “Siz türksünüz, bu ölkə sizindir. İstədiyiniz yerdən keçə bilərsiniz” deyir… Ya da getdiyiniz bir restoranda sizə yemək xidməti göstərən ofisiant başını önə əyib bir az da utancaq bir səs tonuyla, “biz sizi çox sevirik” deyir.
Bax, bu iki nümunə və daha çoxuna “Qardaş Azərbaycan”da tez-tez rast gələrsiniz. Çünki orada, sizləri görməkdən xoşbəxt olacaq və qucaqlayacaq qardaşlarınız var. Buna görə, sizə Azərbaycanı ziyarət etməyiniz üçün 15 səbəb
İKİ DÖVLƏT BİR MİLLƏT
Azərbaycanda türk olduğunuzu dərk edən hər kəs sizə ayrı bir simpatiya ilə yanaşır. “Türkiyənin harasındansan” deyə soruşmurlar. Onlar üçün türk olmağınız kifayətdir. Dilindən mədəniyyətinə, qastronomiyasından tarixinə qədər ortaqlıqları içində saxlayan Azərbaycan və Türkiyə arasında hazırda çox güclü bağlar var. Azərbaycanın hər yerində səyahət edərkən sizi qucaqlayan azərbaycanlı qardaşlarınızdan “İki Dövlət, Bir Millət” deyimini tez-tez eşidirsiniz.
TÜRKCƏ DANIŞMAQ
Türklərin xaricə çıxarkən çəkindikləri ən mühüm məsələlərin başında “xarici dil” problemi gəlir. Məhz bu problemi yaşamayacağınız bir ölkə Azərbaycandır. Türkiyə ilə Yaponiya arasında rast gələcəyiniz ən müasir ölkə olan Azərbaycanı öz dilinizi danışaraq qarış-qarış gəzə bilərsiniz. Bizə görə daha doğma türk dilindən istifadə edən azərbaycanlılar ilə yarım günlük bir danışıq məşqindən sonra rahatlıqla danışa bilərsiniz. Bunda azərbaycanlıların türk seriallarına duyduğu marağın payı da böyükdür. Çoxları sizinlə düzgün türkcə danışmağa diqqət göstərir.
YEMƏKLƏR
Və Azərbaycana getmək üçün səbəblərin başında gələn yeməklər. Müdhiş bir kulinariya zənginliyi olan Azərbaycanda qidanın ən təbii və ləzzətli halı ilə qarşılaşırsınız. Şorbalar, yarpaq dolmaları, plovlar və ət yeməkləri mütləq hər payda yemək istəyəcəyiniz yeməklərin başında gələcək. Uğurlu aşpazların əlindən çıxan və ənənəvi üsullarla təklif edilən bu ləzzətli yeməklər, bizlərin Türkiyədə uzun müddətdir unutduğu o təbii dadları təqdim edir. Pomidorun iyi, tərəvəzlərin ləzzəti və ətin o möhtəşəm dadını Azərbaycan yeməkləri təqdim edən hər bir restoranda tapa bilərsiniz.
MUSİQİ
Azərbaycan musiqisinin dərin bir sərvəti var. Alət müxtəlifliyi, musiqi janrları və sənətlərini böyük bir məhəbbətlə ifa edən musiqiçilər qulaq asanlara təsir edir. Muğam sənətkarları güclü səsləri ilə mikrofon istifadə etmədən sənətlərini nümayiş etdirərkən, tarın güclü səsləri və meyin təsiredici səsi qulaq asanları alıb aparır. Bunlarla yanaşı cazz Azərbaycan musiqisində önəmli bir yeri olan janrdır. Bir çox hissədə cazz alt quruluşuna rast gəlirsiniz. Musiqi, azərbaycanlıların həyatında əhəmiyyətli bir yer tutur. Çox azərbaycanlı ən azı bir musiqi alətini çala bilir. Paytaxt Bakı başda olmaqla Azərbaycanda keyifli musiqi dinləyə biləcəyiniz bir çox məkan var.
TARİX
Azərbaycan dərin bir tarixə malikdir. 30 Avqust 1991-ci ildə SSRİ-nin dağılması ilə müstəqilliyini elan edən Azərbaycan Respublikası Manna, Midiya, Skif, Atropatena, Albanilar dövrlərinə aid izlər daşıyır. Bakını gəzərkən bir açıq hava muzeyində tapacaqsınız özünüzü. İçərişəhər mütləq səfər etməyiniz və küçələrində yox olmağınız lazım olan bir yerdir. Osmanlıdan, ərəblərdən, Sovet İttifaqından bir çox əsər sizi qarşılayır. Müasir Bakının içində xüsusi qorunan və peşəkar bir şəkildə ziyarətə təqdim olunan bu əsərlər sizi Bakı daxilində başqa diyarlara aparacaq.
MUZEYLƏR
Geniş və təmiz küçələri, bir çox memarlıq xüsusiyyəti özündə saxlayan binaları ilə sizi qarşılayan Bakıda dərhal diqqət çəkən sahələrdən biri də muzeylərdir. Ənənələrinə və tarixinə böyük diqqət göstərən Azərbaycan xalqı, bunu nümayiş etdirməkdə də dünya standartlarının üzərində bir səy göstərir. Bakının mərkəzindən keçərkən hər məqamda diqqətinizi çəkəcək bir muzeyə rast gəlirsiniz. Məşhur Memar Zaha Hadidin imzasını və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, Tağıyev Tarix Muzeyi, İncəsənət Muzeyi, Müasir incəsənət Muzeyi, Kukla Muzeyi, Muğam Mərkəzi kimi onlarla tarixinə sahib çıxan, bunu gələcək nəsillərə ötürərkən ölkəni gəzməyə gələn turistlərə də çatdırmağı yaxşı bilən Bakıda muzeyşünaslıq son dərəcə peşəkar bir şəkildə inkişaf etdirilir. Səlahiyyətli şəxslər sizi ən uyğun səfər sahəsi üçün istiqamətləndirərkən məlumat verməkdən də böyük həzz alırlar.
RƏSSAM ƏLİ
Bakıda İçərişəhərdə gəzərkən üzərində qadın portretləri olan bir ağac diqqətinizi çəkəcək. Xüsusilə turistlərin böyük marağını çəkən və heç kimin qarşısında fotoşəkil çəkmədən keçmədiyi bu ağac, yanında emalatxanası olan rəssam Əli Şəmsi sayəsində ikinci baharını yaşayır. Azərbaycanın görkəmli rəssamlarından olan Əli, qarşısından hər gün keçən bədbəxt insanların diqqətini bu ağaca çəkdiyi qadın portretləri ilə çəkməyi bacardı. Hər səhər başları aşağı əyilmiş bədbəxt bir şəkildə yeriyən insanlar qarşısından keçdikləri ağıcı görməyə başladı. Gəlib ağaca toxunan və önündə fotoşəkillər çəkən insanlar sayəsində illərdir yarpaq verməyən ağac indi canlandı və yaşıllaşmağa başladı. Rəssam Əli bu sayədə insanları xoşbəxt edərkən bir ağacı həyata qaytarmış və İçərişəhər səfərlərinə ayrı bir məna qatmış oldu.
MİNİATÜR KİTAB MUZEYİ
Dünyanın ilk və yeganə miniatür kitab muzeyi Bakıda İçəri Şəhərdə yer alır. Miniatür Kitab Muzeyində 66 ölkədən gətirilmiş kitablar nümayiş olunur. Yalnız 7,5 sm-dən kiçik kitabların miniatür kimi qəbul edildiyi muzey , “Guinness Rekordlar Kitabı”na da düşüb.
Muzeyin hekayəsi Azərbaycanın məşhur rəssamı Tahir Salahovun bacısı filoloq Zərifə Salahovanın hər getdiyi ölkədən miniatür kitab toplaması ilə başlayır. Z. Salahova, bu yolda böyük pullar verməkdən də çəkinməyib. Öz imkanlarını Azərbaycan Prezidentinin dəstəyi ilə birləşdirən Salahova, xəyalını həyata keçirərək kolleksiyanı bir muzeyə çevirib. Muzeyin ən kiçik kitabı 0,75×0,75 millimetr ölçüsündə olan “Dörd Mövsüm Çiçəkləri”dir. Kitab, Yaponiyada “Toppan” Nəşriyyatı tərəfindən çap olunub. İyirmi iki səhifəlik bu kitabı ancaq xüsusi mikroskopla oxumaq olar.
Həyatınızda bu qədər kiçik kitabla ilk dəfə qarşılaşacaqsınız. Rəngli balaca uşaq kitabları isə görülməyə dəyər. Girişin pulsuz olduğu muzeydə, istəsəniz hədiyyə hissəsindən miniatür kitab da satın ala bilərsiniz.
SƏHİYYƏ
Neft dünyanın ən qiymətli enerji mənbəyidir və indiyə qədər onlarla savaşın da səbəbkarıdır. Hər kəsin sahib olmaq istədiyi bu sərvət mənbəyinin eyni zamanda əhəmiyyətli bir şəfa vasitəsi olduğunu bilirsinizmi? Neft, Azərbaycanda, xüsusilə də Naftalan rayonunda onlarla xəstəliyin müalicəsində istifadə olunur.
Azərbaycanın daxilində geniş çıxan və ölkənin rifah səviyyəsinin yüksəlməsində mühüm bir vasitə olan neft, Naftalan rayonunda yüzlərlə ildir ki, fərqli bir məqsədə də xidmət edir. Dünyanın bir çox ölkəsindən gələn xəstələr xam neftdən şəfa arayır. Yer üzündə təkcə Naftalan ərazisindəki 12 quyuda çıxan müalicəedici neft növü, Sovetlər Birliyi dövründən bu günə qədər ən çətin müalicə olunan xəstəliklərin reabilitasiyası üçün də istifadə edilir.
Naftalan rayonunda çıxarılan xam neft, sədəf və ekzema kimi dəri xəstəliklərinə yaxşı gəlir. Oynaq narahatlığı, qadın xəstəlikləri, rematizma kimi bir çox xəstəliyin da müalicəsində istifadə edilir. Bölgədəki bir çox sağlamlıq mərkəzi hər xəstəliyə xüsusi müalicə üsulu aparır. Tənəffüs yolu xəstəlikləri, hətta mədə narahatlıqlarına da xüsusi üsullarla neft müalicəsi tətbiq olunur. Neft vannaları ilə yanaşı, neftlə fiziki müalicə və masaj da edilir. “Köməkçilər”lə gələn və evlərinə yeriyərək qayıdan bir çox xəstə var.
Neftlə yanaşı, Naxçıvandakı duz mağaraları və Qala Altındakı şəfalı sular bir çox xəstənin Azərbaycanda dərdlərinə çarə tapdığı əhəmiyyətli mərkəzlər arasındadır.
HEYDƏR ƏLİYEV MƏRKƏZİ
Azərbaycanın qürur abidələrindən biri də Heydər Əliyev Mərkəzidir. 2013-cü ildə xidmətə başlayan 101 min kvadratmetrlik mədəniyyət mərkəzi Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin anadan olmasının 89-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8-ci ildönümü səbəbi ilə 5 noyabrda təşkil olunan bir mərasimlə açıldı. Azərbaycan dövlətinin keçirdiyi memarlıq yarışmasını qazanan məşhur memar Zaha Hadidin konsepsiya dizaynını, kiprli türk memar Saffet Kaya Bekiroğlunun detal dizaynını etdiyi bina, bu gün bir qürur abidəsi olaraq ziyarətçilərini salamlayır. İçində konsert salonu, konfrans zalı, kitabxana, muzey, sənət qalereyaları saxlayan bina, Azərbaycan mifologiyasında yer alan Xəzər Dənizinin yüksəlişini əks etdirən abidələri ilə də diqqət çəkir. Mərkəzi gəzərkən Azərbaycan tarixindən izlərə, milli geyimləri və alətlərindən nümunələrə, Azərbaycanın rəmzlərinin maketlərindən dünya şöhrətli sənətlərin əsərlərinə qədər bir çox obyektə rast gəlirsiniz.
KÜLƏKLƏR ŞƏHƏRİ
“Odlar ölkəsinin küləklər şəhəri” kimi tanınan Bakıya niyə bu adın verildiyini xüsusilə şəhərin ən yüksək nöqtələrindən biri olan Dağ Üstü Parka çıxanda anlayırsınız. Xəzər dənizinin qüdrətli küləkləri Bakının üzərindən əskik olmur. Küləklər şəhərində bəzən yüksək məqamlarda ayaqda durmaq belə çətindir. Belə hallarda İçəri Şəhəri gəzmək və ya Bakının küçələrində itmək ən doğrusudur.
Kəşf etməyin DÖZÜLMƏZ GÜCÜ
“Dost və Qardaş Ölkə” Azərbaycan, Türkiyədə tanınır, ancaq kifayət qədər tanınmır. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə bağlı olaraq İstanbulda fəaliyyətə başlayan Turizm Nümayəndəliyi, Azərbaycanın Türkiyədə tanıdılması üçün müxtəlif fəaliyyətlər göstərir. “Tarixi, mədəniyyəti və turizmi köklü bir keçmişi olan Azərbaycanı tanımaq üçün küçələrini, muzeylərini, təbiətini görmək lazımdır” deyən Azərbaycan Turizm Nümayəndəliyi İdarəçi Direktoru Nurlana Çakmak, “Qardaşlarımızı Azərbaycanı kəşf etməyə çağırırıq. Dilimiz, dinimiz, yeməklərimiz, mədəniyyətimiz, bir çox ortaq nöqtəmiz var. Azərbaycanda sizləri görməkdən xoşbəxt olacaq və qucaqlayacaq qardaşlarınız var. Türkiyədəki qardaşlarınıza “Sən də Azərbaycanı gör” deyirik və hamını gözəl ölkəmizə dəvət edirik” deyir.
MEMARLIQ
Xüsusən Bakını gəzərkən geniş prospektləri əhatə edən əzəmətli tikililər diqqətinizi çəkəcək. Hər biri bir-birindən estetik olan bu binalarda bir çox ölkəyə aid memarlıq abidələri sizi qarşılayır. Bakıda özünüzü bir anda Rusiyada, Parisdə və ya Vyanada turist kimi hiss edə bilərsiniz. Ən gözəl nümunələrindən bəhrələnərək tikilən estetik binalar uzun illərdir turistlərin diqqətini çəkməyi bacarır. Bakının müasir üzünü nümayiş etdirən yeni formaların yanaşı, yeni inşa edilən kütləvi yaşayış sahələrindəki binaların estetikası və yaşıllıq sahələrinəə verilən önəm də diqqətinizdən yayınmayacaq.
TƏHLÜKƏSİZLİK
Paytaxt Bakı başda olmaqla Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Təəssüf ki, bir çox ölkədə turistlərin baş bəlası olan “oğurluq, soyğun və təcavüz” kimi cinayətlər Azərbaycanda ağır cinayətlər çərçivəsindədir. Azərbaycanda polis qüvvələrinin həssaslığı nədəniylə belə cinayətlər da demək olar ki, baş vermir. “Dünyanın ən etibarlı” ölkəsi kimi xarakterizə etmək Azərbaycan üçün yanlış olmaz. Ölkəyə gələn turistlərin böyük bir hissəsini qarşılayan Bakıda 24 saat istədiyiniz yerdə bu inamı hiss edirsiniz.
Alış-veriş
Xüsusilə Bakı, tam bir alış-veriş cənnətidir. Dünyanın ən məşhur brendləri Bakı küçələrinə ayrı bir canlılıq qatır. Ən məşhur tekstil, kosmetik və avtomobil markalarına Bakıda tez-tez rast gəlirsiniz. Ətraf ölkələrdən də alış-veriş həvəskarlarının tez-tez səfər etdiyi mağazaların toplandığı ən mühüm mərkəz isə Bakı Portdur. Regionun ən lüks ticarət mərkəzi, dünyadakı nümunələri yarışan bir var-dövlət və rahatlıq verir. Bunlarla yanaşı, Bakını gəzərkən bir çox türk brendi ilə karlılaşmağınız sizi təəccübləndirəcək. Türkiyəyə və türklərə olan sevgi özünü bu sahədə də göstərir. (Şərq qəzeti)