Millət vəkili Məlahət İbrahimqızı (Həsənova) qardaşı Mehmandar Həsənovun Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılması barədə yayılan məlumata münasibət bildirib.
Mynews.az-ın məlumatına görə, M.İbrahimqızı APA-ya açıqlamasında bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir:
“Mənim qardaşım həbs edilməyib. Hazırda iş başındadır. Azərbaycanda mətbuat azaddır, lakin jurnalistlər xəbər yazanda dəqiqləşdirsələr, yaxşı olar. Bir daha qeyd edirəm ki, yayılan məlumatın heç bir əsası yoxdur. DTX-nin adından yalan informasiya yaymaq düzgün deyil”.
Qeyd edək ki, “Musavat.com” xəbər saytı M. Həsənovun DTX əməkdaşları tərəfindən həbs edildiyi barədə məlumat yayıb. M. Həsənov “Sadaxlı” Gömrük Postunun rəisidir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub