Sabir Rüstəmxanlının bacısı oğlu deputatın oğlunu şantaj edirmiş
“BakıPost” internet nəşrinin baş redaktoru, keçmiş deputat Sabir Rüstəmxanlının bacısı oğlu Elçin Zahiroğlu Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında həbs olunub. Bu barədə Həbib Axundov özü açıqlamasında bildirib.
H.Axundovun sözlərinə görə, jurnalist onu şəxsi həyatına aid olan çirkin məqalələrlə şantaj edirmiş. “O, mənə zəng vururdu, yazırdı, şantaj edirdi. Və pul istəyirdi. Mən polisə müraciət etməyə məcbur oldum. Bu jurnalist mənə başqa seçim imkanı qoymadı”-deputatın oğlu bildirib.
H.Aundov məsələnin obyektiv araşdırılacağına və hüquq-mühafizə orqanlarının cinayətkarı cəzalandıracağına ümid etdiyini bildirib. (VirtualAz.Org)
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub