Ötən gün Ermənsitan Müdafiə Nazirliyinin təmas xəttində baş verən döyüşlərdə yalnız bir hərbçinin öldürülməsi və birinin yaralı olması barədə verdiyi xəbərlər yalan çıxıb.
Mynews.az Baku.ws-ə istinadən xəbər verir ki, düşmən tərəfində itkilərin çox olmasını, jurnalist Qaqik Şamşyanın əsgərlərdən birinin dəfn mərasimində paylaşdığı video ilə ortaya çıxarıb.
Ötən gün ermənilərin yaydığı rəsmi məlumatda fevralın 8-də saat 11:00 radələrində təmas xəttinin şimal istiqamətində 1979-cu ildə anadan olmuş, müqavilə əsasında xidmət keçən hərbçi Geqam Manukyan öldürüldüyü deyilirdi. Bundan əlavə, saat 12:00 radələrində təmas xəttinin Ağdərə istiqamətində həqiqi hərbi xidmət keçən əsgər Koryun Kirakosyanın ağır yaralandığı bildirilirdi.
Lakin bu gün sözgedən separatçı rejim rəhbərliyi və yüksək rütbəli hərbçilər 19 yaşlı Gor Qareqinyanın dəfn mərasimində iştirak edib. Məlumatda bildirib ki, 19 yaşlı Gor fevralın 8-də təmas xəttində baş verən qarşıdurma zamanı öldürülüb. Bu fakt ermənilərin dünənki gün xeyli itki verdiklərini, ancaq bunu ciddi-cəhdlə gizlətməyə çalışdıqlarını sübut edir.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub