İstiyə dözümü olmayanlara İsrail həkimlərindən FAYDALI MƏSLƏHƏTLƏR

568

Tibb sahəsində daim öndə olan İsrail həkimləri istidən qorunmaq üçün insanları bu qaydalara əməl etməyə səsləyiblər.

İstiyə dözümü olmayanlara İsrail həkimlərindən FAYDALI MƏSLƏHƏTLƏR

1. Soyuq su içməyin

Çoxumuz qızmar yay günlərində soyuq su içirik. Əslində isə bu, susuzluğun qarşısını almır, əksinə 5 dəqiqədən sonra orqanizmdən çıxıb, özü ilə birgə duzları da yuyub, aparır.

2. Yüngül yeriş

Küçəyə çıxanda yolun kölgə hissəsi ilə gedin. Çalışın bədəninizin temperaturunu artıracaq hərəkətlər etməyəsəniz.

3. “Ays-ti”

Ümumiyyətlə, fikir vermisinizsə, iqlimi isti olan ölkələrdə daha çox yaşıl çay içirlər, xüsusən də yay günlərində. Öncə 1 litr suyu qaynadıb, yaşıl çay dəmləyin. Çay soyuyandan sonra, içərisinə limon, bal və nanə qatın. Bu çayı hər dəfə içəndə içərisinə bir kub buz ata bilərsiniz. Həm faydalı, həm sərfəli, həm susuzluğu yatırdan yaşıl çay bütün yay boyu sizi gümrah saxlayacaq.

4. “Yapon kondisioneri”

Yapon kondisioneri bilirsinizmi nədir? Yəqin ki, bir çox yapon filmlərində insanların boynundakı ağ şərfi görmüsünüz. Bu istidən qoruyan və bədəni sərinlədən çox gözəl üsuldur. Öncə ağ təmiz dəsmalı suya batırıb, sıxın ki, nəm qalsın. Sonra bu dəsmalı boynunuza bağlayın. Dəsmal hər dəfə quruyanda bu prosesi təkrarlaya bilərsiniz. İnsanın boyun nahiyəsində onlarla bioloji aktiv nöqtələr var. Odur ki, yapon kondisioneri üsulu da, yay aylarında köməyinizə çatacaq.

Xəbər lenti