İyulun 03-də Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Mynews.az-a verilən məlumata görə, yarımadada hava şəraiti günəşli olacaq, cənub küləyinin əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 32-37° isti, Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək. Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz olacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 14-19° isti, gündüz 26-31° isti olacağı gözlənilir.
Qeyd edək ki, 40 dərəcədən artıq hava şəraitində insanların açıq hava şəraitində çox qalması məsləhət görülmür.