Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, UNICEF-in Bakı ofisinin, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən "Gənc xilasedici" V Beynəlxalq yarışına və "Gənc xilasedici və yanğınsöndürən" VI Ümumrespublika birinciliyinə yekun vurulub.
Mynews.az axşam.az-a istinadən xəbər verir ki, yekun tədbirlərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov iştirak ediblər.
Kəmaləddin Heydərovun rəhbərliyi və komanda kapitanlarının iştirakı ilə Qəbələ Konqres Mərkəzində "dəyirmi masa" keçirilib.
Sonra tədbir iştirakçıları əcnəbi və yerli məktəblilərin əl işlərindən təşkil olunmuş "Fövqəladə hallar uşaqların gözü ilə" sərgisinə baxıblar.
Qalib komandalara mükafatlar, qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Bəstəkar Sevinc Tofiqqızının "İgidlər yurdusan ey Azərbaycan" mahnısı "Azəri inciləri" tərəfindən səsləndirilib. S.Tofiqqızı bildirib ki, FHN-ə həsr etdiyi "Cəsur cəngavərlər" adlı bəstəsini də Kəmaləddin Heydərova təqdim edib.





1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub