Heydər Əliyev Fondunun vitse-prezidenti, Baku jurnalının baş redaktoru Leyla Əliyeva Instagram-da yeni foto paylaşıb.
Leyla Əliyeva atası və anası ilə birgə olan arxiv fotosunu paylaşıb və təbriklərə görə hamıya təşəkkür edib:
"Hamınıza xoşbəxtlik, cansağlığı, bütün arzularınızın yerinə yetməsini və bol-bol sevgi diləyirəm! Çox sağ olun".
Qeyd edək ki, Leyla İlham qızı Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində dünyaya gəlib. O, 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2007-ci ildən Baku jurnalının təsisçisi və baş redaktoru, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük qızıdır.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub