Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Xətai rayonu, Nobel prospektində piyada zolağının ləğv olunmasından danışıb.
Mynews.az xəbər verir ki, bu barədə BiG.AZ saytına danışan Vaqif Əsədov məsələnin məsuliyyətini Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin üzərinə atıb:
“Jurnalistlər bu məsələ ilə bağlı bugün mənə dəfələrlə zəng ediblər. Mən də onlara dəfələrlə demişəm ki, bu məsələyə Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev baxır. Ondan soruşun. Mən heç nə bilmirəm”.
Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev isə BiG.Az-a açıqlama verərək həmkarını yalanlayıb:
“Xeyr, bu məsələ bizim səlahiyyətimizdə olan məsələ deyil. Xahiş edirəm ki, Vaqif müəllimin özü ilə danışın. Səhv edib zənginizə cavab vermədik. Xahiş edirəm onunla danışın”.
Qeyd edək ki, bir neçə gün öncə buzadırmanma üzrə dünya çempionu Reyhan Məmmədova Xətai rayonu, Nobel prospektində yolu keçərkən qəzaya düşərək dünyasını dəyişib. Onun ölümündən sonra isə sözügedən piyada zolağı qaralanaraq ləğv edilib. Bu isə sosial mediada ciddi müzakirələrə səbəb olaraq etirazlarla müşahidə edilib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub