Düşünün ki, adi kafelərdən birinə gedirsiz…
İsti yay günləri, qızmar günəş, susuzluğunuzu nəzərə alaraq, səhv edib 4 fincan çay içirsiz. Bunu səhvən etdiyinizi bir daha xatırladıram. Çünki, hesabın 19 manat 20 qəpik olduğunu görəndə, səhv etdiyinizi anlıyırsınız. Bəli, danışdıqlarım hekayə deyil, reallıqdı. Müsahibim Təhminə xanımın bir neçə gün bundan əvvəl yaşadığı hadisədir. Xanım müsahibim elit kafe və restoranlarda bu hesabın təsəlliverici tərəflərinin olduğunu etiraf edir. Amma gənclərin gündəlik üz tutduqları adi kafelərdə bu cür işbazlıqların olması gülünc, bir o qədər də acınacaqlı haldır. İçdiyiniz 4 fincan sadə çay 110 manat təqaüd alan tələbənin aldığı təqaüdün 20 % deməkdir. Sizə hekayənin ən maraqlı hissəsini də danışım. Ofisiantdan hesabın nə üçün bu qədər olduğunu soruşan müsahibim aldığı cavabın gələn məbləğdən daha təəccüblü olduğunu bildirir. Sən demə, sadə içilən çay müəsisəyə daha çox gəlir gətirsin deyə iki qat hesablanırmış, əgər bu çay desert (şirniyyatla) içilsə imiş, bonus kompaniyasındam yararlanıb güzəştli içiləcəkmiş. Bu müəsisə və buna bənzər müəsisə sahibləri bazar iqtisadiyyatı terminini eşidib, məhz müəsisi daxilində yaratmaq qərarına gəliblər.
Çünki müsahibim menyuda belə bir qiymət dəyişikliyinin qeyd olunmadığını bildirir. Hesab qəbzini sizinlə də bölüşürük.
Qeyd edək ki, bu hal 28 mall, Cafe City məkanında baş verib. Nəticə: bu cür işbazlar sayəsində çayın qramı yaxın günlərdə qızılın qramı ilə rəqabətə girə biləcək.



A24.Az
1
Sosial mediada qadın sürücü ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB
389 dəfə oxunub
2
İlham Əliyev fərman imzaladı
369 dəfə oxunub
3
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
366 dəfə oxunub
4
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
348 dəfə oxunub
5
Şirvanda hamamda yıxılan şəxs xəstəxanada ölüb
340 dəfə oxunub