Bəzi musiqilərin sözləri yeniyetmələri erkən nikaha təşviq edir - VİDEO

602
Bəzi musiqilərin sözləri yeniyetmələri erkən nikaha təşviq edir - VİDEO

Bəzi musiqilərin sözləri insanları erkən nikaha təşviq edir.

Mynews.az bildirir ki, hətta bu gün də öz aktuallığını itirməyən xalq mahnılarında belə, bu fakta rast gəlinir.

Əvvəla başlayaq dillər əzbəri olan "Nədəndir" mahnısından.

Tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti Gülağa Məmmədovun ifasında da bu elementlərə rast gəlinir.

Tanınmış Azərbaycan kinolarında səsləndirilən mahnılarda da buna yol verilib.

Belə hallara yalnız köhnə və ya xalq mahnılarında rast gəlinmir. Məşhur meyxana ifaçısı Namiq Qaraçuxurlunun "Yumuram Gözlərimi" adlı bəstəsində də kişi, görünür özündən dəfələrlə cavan olan xanıma aşiq olub.

"Bir vaxtı cavan idim, can deyərdi hər sözümə, yaş ötüb qocalmışam indi baxmayır üzümə" - deyə mahnıda qeyd edilir.

İfaçı Marat Darvazlı "Hamısı zəmanədəndir" deyə-deyə yüksək ab-hava ilə ifa etdiyi mahnısını "Youtube" video portalında paylaşıb. Şərhləri oxuyanda insanların erkən nikaha təşviq edən bu mahnıya olan tənqidi reaksiyalarını görmək olur.

Xalq mahnısın da vaxtilə hansısa bəstəkar tərəfindən yazıldığını dilə gətirənlər isə günahı onu səsləndirənlərdə və yayanlarda görürlər.

Məsələ burasındadır ki, bu mahnılar toy və yığıncaqlarda müxtəlif müğənnilər tərəfindən oxunur. Mahnının ritmik musiqisi könül oxşadığından insanlar sözlərə fikir vermədən qol qaldırıb oynayırlar. Mütəxəssislər isə belə mahnıların kütləvi şəkildə insanların şüur altına yeridiyini deyirlər.

Xatırladaq ki, Ailə Məcəlləsində 18 yaşdan aşağı nikah erkən nikah və ya uşaq evliliyi sayılır ki, bu da qanunla qadağan edilib. /xezerxeber.az

Xəbər lenti