Xəbər verdiyimiz kimi, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.
Mynews.az-ın məlumatına görə, atışma zamanı yaralanan 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Hadisəyə sosial şəbəkə istifadəçiləri, eləcə də məşhurlarımız biganə qalmayıblar.
Müğənni Günay İbrahimli nənə və nəvənin fotosunu paylaşaraq, fikirlərini yazıb. O bildirib ki, özü də cəbhə bölgəsində yaşayıb və bu çətinlikləri görüb:
“Çox pis oldum, həm də çox. Nənə və nəvənin bu fotosu ürək parçalayandır. Mən özüm bu gərginliyin arasında doğulmuşam, oradakı ab-havanı görmüşəm. Özüm Füzulidənəm. Orda yaşayanların böyük ürəyi var. Orada iki nur üzlü insan həmişəlik yuxuya gedib. Başa düşürəm, müharibə şəraitindəyik. Bəs o 18 aylıq Zəhranın günahı nə idi? Nə vaxta kimi bir parçamızı itirmək qorxusuyla yaşayacağıq? Belə şərəfsizlik olar? Bunun adı faşizmdir. Körpələrə uzadılan əllər qurusun, qırılsın, liymə-liymə olsun. Kişilikdən bixəbərlər, şərəfsizliyi özlərinə sloqan seçən namussuzlar. 18 ay e, 18 aylıq bir uşaq. Ona necə silah çəkmək olar? Bunu bir insan necə edə bilər? Bunu edənlər insanlığa ləkə olan millətcikdilər”.
Müğənni Elvin Abdullayev də sosial şəbəkədə nənə və nəvənin şəklini yayımlayaraq fikirlərini bölüşüb:
"Bu, 18 aylıq körpənin nə günahı var? Ermənilərin bu vəhşiliyini artıq bütün dünya görsün. Bu körpə həyata belə tez göz yummamalıydı... Bu vəhşiliyə bir son qoyulmalıdır. Allah ailəsinə səbr versin".
Xalq artisti Faiq Ağayev də sosial şəbəkədə ötən gün dünyasını dəyişənlərlə bağlı fikir bildirib:
“O məsum 2 yaşlı körpənin soyuqqanlı qətli də sizə dərs olmayacaq. Ermənisevərlik ləlöyünləri, gəbərin! Allah Zəhra Quliyevaya rəhmət eləsin. Qisası alınmalıdır dığalardan”.
Əməkdar artist Elza Seyidcahan da Sahibə və Zəhra Quliyevaların fotosunu sosial şəbəkədə yayımlayıb və çox pis olduğunu yazıb:
“Görəsən, Allahın lənətindən necə qurtulacaqlar? Bu dinc, məsum insanlara qarşı vəhşilik törədənlər? Allah onlara lənət etsin, gül nənən-nəvəyə rəhmət diləyirik”.
Axşam.az