Hörmətli Moderator.az!
Yasamal sakinləri adından xahiş edirik bu məsələni işıqlandırın, haqq yerini tapsın. Şəhid bulağını gecə ilə söküb, yerində kababxana-pivəxana açıblar, stollar düzüblər, mal kəsib ət satırlar.
Ərazi Yeni Yasamalın girişində, Talıblı küçəsi ilə Şərifzadə küçəsinin kəsişməsində, "Günəş Petrol"un sağ tərəfində yerləşir. Orada Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə bulaq kompleksi ucaldılmışdı. Ərazi kifayət qədər böyük idi. O səbəbdən o əraziyə göz salan adı gizlədilən sahibkar əvvəlcə ərazinin bir hissəsini qapır, orada QARABAĞ (ibtidai sinizmin həddinə baxın) adlı kababxana açır. Bir müddət sonra kababxana ilə iş bitmir və ərazidə canlı heyvanları da kəsib satmağa başlayır.
Bütün bunlardan sonra qəsdən bulağın suyunu kəsdi. Mayın sonlarında isə gizlicə gecəylə şəhidin bulağını tamamilə söküb, yerində stollar düzüblər. Pivəxana edəcəklər. Ərazidə yaşayan qonşuların dəfələrlə iradlarına baxmayaraq, son günlərədək işdən azad edilmiş Yasamal Rayon İcra Hakiminin adıyla qorxudub, hədə - qorxu gəlirdilər, insanlarla aqressiv davranırdılar.
Şəkilləri də göndəririk. Əvvəl – şəhidin bulağı, indi – pivə içmək üçün stollar.
Sizlərdən çox xahiş edirik, bu işi ictimailəşdirin. İmkan verməyək ki, bir qrup kəmfürsət işbaza görə şəhid qardaşımızın müqəddəs xatirəsi unudulsun! Haqq yerini tapsın!
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub