Şirvanda qadın üzərinə benzin tökərək özünü yandırıb.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə gecə saat 02.30 radələrində Şirvan şəhəri, R.Rza küçəsi, 88-də yerləşən ünvanda qeydə alınıb.
Həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Ələkbərova Simuzər Yadulla qızı həyat yoldaşı ilə münaqişə zəminində üzərinə benzin tökərək özünü yandırıb.
S.Ələkbərova bədəninin çox hissəsinin termik yanığı və yanıq şoku diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olduğundan, onun Bakı şəhərindəki xəstəxanalardan birinə aparılacağı bildirilir.
Məlumata görə, qonşuluqda yaşayan qadın S.Ələkbərovanın həyat yoldaşına deyib ki, Simuzər mobil telefon vasitəsi ilə ona öz şəkilini göndərib. Bu səbəbdən yaranan münaqişə S.Ələkbərovanın intihara cəhd etməsinə gətirib çıxarıb. Özünü yandıran qadının isə telefonunun olmadığı bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub