Bakıda əcnəbi ölkə vətəndaşına qarşı dələduzluq edilib.
Mynews.az Lent.az-a istinadən xəbər verir ki, ABŞ vətəndaşı, 1970-ci il təvəllüdlü Elizabeth Rose Albecht hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Azər adlı şəxs onu aldadaraq 5 min dollar pulunu alıb.
Amerikalı qadın şikayət ərizəsində qeyd edib ki, bir müddət əvvəl Azər adlı şəxslə tanış olub. Həmin şəxs daha sonra qadına evlilik təklif edib və onu Azərbaycana dəvət edib. Elizabeth Rose keçən ay bilet alaraq təyyarə ilə Bakıya gəlib və Azərlə görüşüb. Onlar bir neçə gün görüşüblər və Bakını gəziblər. İyunun 22-də isə Azər qadına bildirib ki, toy etmək üçün pul lazımdır və ondan 5 min dollar alıb. Lakin həmin müddətdən sonra Azər yoxa çıxıb. Amerikalı qadın çıxış yolunu polisə müraciət etməkdə görüb.
Müraciət əsasında araşdırmalar aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub