“Qaz İxrac” İdarəsinin Magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq.
Mynews.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
İyulun 7-də saat 10:00-dan işlər başa çatanadək “Qaz İxrac” İdarəsinin balansında olan “Qum-adası-Qazanlar QPS” magistral qaz kəmərlərinin 11-ci kilometrində yeni çəkilmiş kəmərin mövcud şəbəkəyə birləşdirilməsi və cari təmir işləri ilə əlaqədar “Əhmədli” Qazpaylayıcı stansiyasından qaz təchizatı dayandırılacaq.
Təmir müddətində Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir”, - deyə məlumatda vurğulanıb.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub