“Bakıda müşahidə olunan küləkli hava şəraiti iyul ayının 8-i də davam edəcək”.
Mynews.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, iyul ayının 8-də gecə və səhər saatlarında paytaxtda və yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimal olunur: “İyul ayının 9-da paytaxtda əsən şimal-qərb küləyi mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu günorta saatlarında 30-34 dərəcə arasında dəyişəcək”.
G.Məmmədovanın sözlərinə görə, bölgələrdə növbəti iki gün ərzində arabir yağış yağacağı gözlənilir: “Qərb küləyi əsəcək. Havanın temperaturu 31-36 dərəcə arasında dəyişəcək”.
Onun sözlərinə görə, hazırda ölkə ərazisində havanın temperaturu norma daxilindədir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub