Bakıda bəzi mobil telefonların qiyməti ucuzlaşıb. Ötən il qiymətləri kəlləçarxa çıxan telefonlar hazırda nisbətən ucuz qiymətə müştərilərə təklif olunur.
Mynews.az Azvision.az-a istinadən xəbər verir ki, telefon satışı ilə məşğul olan İsmayıl Əhmədov bildirib ki, “Samsung” və “iPhone” markalı telefonların qiyməti daha çox ucuzlaşıb.
Satıcının sözlərinə görə, son günlər telefon bazarında qiymətlər hiss ediləcək dərəcədə aşağı düşüb. Belə ki, “iPhone” modelləri 50-100 manat endirimlə satışa çıxarılıb.
“Samsung”un ən çox üstünlük verilən “J” versiyası 450-580 AZN-ə alıcılara təklif olunur. Digər modellərdə də qiymətlərin dəyişdiyi bildirilir.
“Samsung”un müxtəlif modellərinə minimum 20-30 manat endirim tətbiq edilib. Nisbətən bahalı telefonların qiymətləri 50 manatadək aşağı salınıb.
Satıcılar hesab edirlər ki, qiymətlərin ucuzlaşması bazarda canlanmaya səbəb olub. Əvvəlki günlərlə müqayisədə alıcılıq qabiliyyəti yüksəlib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub